N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Əməliyyat-axtarış

İsveç Türkiyənin Gülən tərəfdarlarının ekstradisiyası ilə bağlı sorğusunu rədd edib

20-noyabr-2025
Amin Şükür
İsveç Türkiyənin Gülən tərəfdarlarının ekstradisiyası ilə bağlı sorğusunu rədd edib
Yazı Ölçüsü:

İsveç hökuməti Fətullah Gülənin iki tərəfdarının Türkiyəyə ekstradisiya olunması ilə bağlı Ankaranın sorğusunu rədd edib.

"PostMedia" xəbər verir ki, bu barədə məlumatı AFP agentliyi yayıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Gülən hərəkatını 2016-cı ilin iyulunda baş tutmayan çevriliş cəhdinin təşkilində ittiham edir və çevrilişlə bağlı şəxslərin ekstradisiyasını NATO çərçivəsində əsas tələblərdən biri kimi irəli sürürdü.

İsveç Ədliyyə Nazirliyinin nümayəndəsinin açıqlamasına görə, ölkənin Ali Məhkəməsi hər iki ekstradisiya sorğusunda hüquqi maneələr aşkar etdiyinə görə hökumət 13 noyabrda qərarı rədd edib. Söhbət 36 yaşlı Muharrem Özad və 54 yaşlı jurnalist Abdullah Bozkurtla bağlı qərarlardan gedir.

Ali Məhkəmə qeyd edib ki, Türkiyənin irəli sürdüyü ittihamlar — “silahlı terror təşkilatına üzvlük”, “təşkilat rəhbərliyi”, “təşviqat aparmaq” və s. — İsveç qanunvericiliyində bir ildən artıq həbs cəzası ilə cəzalandırılmadığı üçün ekstradisiya mümkün deyil.

İsveç hökuməti ekstradisiya üzrə son qərar verən orqan olsa da, Ali Məhkəmə əleyhinə qərar verdiyi halda həmin ölkənin sorğusunu təmin edə bilməz.

Qeyd edək ki, Türkiyə İsveçin NATO-ya üzvlük müraciətini 17 ay bloklamışdı. Gərginlik İsveçin radikal qruplara qarşı əlavə tədbirlər görəcəyinə, silah embarqosunu aradan qaldıracağına və Türkiyənin ekstradisiya sorğularını yenidən nəzərdən keçirəcəyinə dair öhdəlik götürməsindən sonra aradan qalxmışdı.

Kateqoriyalar