6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Əməliyyat-axtarış

Gürcüstanda narkotik satan Azərbaycan vətəndaşı saxlanıb

19-noyabr-2025
Gürcüstanda narkotik satan Azərbaycan vətəndaşı saxlanıb
Yazı Ölçüsü:


Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) Gürcüstanda qanunsuz narkotik vasitələrin və psixotrop maddələrin böyük miqdarını gətirməkdə şübhəli bilinən Azərbaycan vətəndaşını saxlayıb.

PostMedia” xəbər verir ki, 43 yaşlı şəxsə qarşı ittihamlar sübuta yetirilərsə, ona 20 ilədək və ya ömürlük həbs cəzası verilə bilər.

DİN-in açıqlamasında qeyd olunur ki, hüquq-mühafizə orqanları Tbilisi Beynəlxalq Aeroportunda şübhəlilinin əl yükünü yoxlayarkən narkotik və psixotrop maddə tərkibli həb maddələrini aşkar ediblər və maddi sübut kimi götürüblər.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı, 261-ci, 262-ci və 263-cü maddələri üzrə aparılır.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930