Dələduzluqda ittiham olunan hüquqşünas Vəkillər Kollegiyasından xaric olunub
14-noyabr-2025
Turan Hüseynli
Yazı Ölçüsü:
Dələduzluqda ittiham edilən Xasayev Elxan Vüqar oğlu bir müddət əvvəl öz istəyi ilə Vəkillər Kollegiyasının (VK) üzvlüyündən xaric edilib, onun vəkillik fəaliyyətinə xitam verilib.
Bu barədə "PostMedia"nın sorğusuna cavab olaraq VK-dan Mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, Bakues.az saytı Elxan Xasayevin vətəndaşların pulunu mənimsəməkdə ittiham olunmsı ilə bağlı məqalə dərc edib.
Məqalədə qeyd edilir ki, daxil olan şikayətə görə, adıçəkilən sabiq vəkil bir neçə vətəndaşın pulunu mənimsədikdən sonra qaçıb.
"Bilirilib ki, vəkillə bağlı Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsi və Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsində də şikayətlər var.
Vəkilin atası isə oğlunun törətdiyi dələduzluq faktlarını ört-basdır etməklə məşğuldur.
İrəli sürülən iddia ilə bağlı vəkil Elxan Xasayevlə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz alınmadı.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq".
Xatırladaq ki, Elxan Xasayevin atası Xasayev Vüqar Nəriman oğlu da vəkildir və Vəkillər Kollegiyasının üzvü olaraq Bakı şəhəri 15 saylı Vəkil Bürosunda fəaliyyət göstərir.