Qəzaya uğrayan "C-130" təyyarəsi ilə bağlı beynəlxalq istintaq qrupu yaradılıb
12-noyabr-2025
Admin
Yazı Ölçüsü:
Azərbaycan, Türkiyə və Gürcüstan noyabrın 11-də Gürcüstan ərazisində baş vermiş Türkiyəyə məxsus "C-130" hərbi-nəqliyyat təyyarəsinin qəzasını araşdırmaq məqsədilə birgə beynəlxalq istintaq qrupu yaradıb.
"PostMedia" xəbər verir ki, bu barədə Gürcüstanın Birinci İctimai Televiziyası məlumat yayıb.
Gürcüstanın daxili işlər naziri Gela Geladze bildirib ki, axtarış-xilasetmə əməliyyatları Türkiyə tərəfi ilə daimi koordinasiya şəraitində aparılır.
“Hazırda həlak olan 18 nəfərin cəsədi tapılıb, daha iki nəfərin qalıqlarını axtarış işi davam edir. Biz beynəlxalq axtarış-xilasetmə qrupu yaratmışıq və Türkiyə Daxili İşlər Nazirliyi ilə sıx əlaqədəyik. Türkiyəli həmkarlarımız gecə boyu hadisə yerində olub,” – deyə nazir qeyd edib.
News Georgia agentliyinin məlumatına görə, təyyarədə F-16 qırıcılarına məxsus mexaniki ehtiyat hissələri daşınırmış və bortda 20 texniki xidmət mütəxəssisi olub. Onların hamısının həlak olduğu ehtimal edilir.