N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Əməliyyat-axtarış

Türkiyədə 17 futbol hakimi və 2 klub prezidenti həbs olunub

10-noyabr-2025
Turan Hüseynli
Türkiyədə 17 futbol hakimi və 2 klub prezidenti həbs olunub
Yazı Ölçüsü:
Türkiyə Prokurorluğu oyunların nəticəsini əvvəlcədən razılaşdırmaq və qanunsuz mərc oyunları təşkil etmək ittihamı ilə 17 futbol hakimini və 2 futbol klubunun prezidentini saxlayıb.
"PostMedia" xəbər verir ki, bu barədə "Mirror.co.uk" məlumat yayıb.
Polis 12 şəhərdə axtarışlar aparıb.
Türkiyə Futbol Federasiyasının daxili araşdırması göstərib ki, ölkədə fəaliyyət göstərən hakimlərin təxminən 65 %-i bukmeker şirkətlərində hesab açıb, 152 hakim aktiv mərc oyunlarında iştirak edib, bu isə FIFA və UEFA qaydalarına görə qadağandır.
Nəticədə 149 hakim futbol fəaliyyətindən 8–12 ay müddətinə uzaqlaşdırılıb. Onlardan biri 18 227 dəfə mərc oynayıb, 42 hakimin isə ən azı 1000 futbol oyununa mərc etdiyi müəyyənləşdirilib.
Kateqoriyalar