6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Əməliyyat-axtarış

Batumidə odlu silah satan Türkiyə vətəndaşları həbs edilib

05-noyabr-2025
Batumidə odlu silah satan Türkiyə vətəndaşları həbs edilib
Yazı Ölçüsü:
Gürcüstanın Acarıstan bölgəsində hüquq-mühafizə orqanları iki Türkiyə vətəndaşını odlu silah və döyüş sursatının satışı faktına görə saxlayıb.
PostMedia" bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinə istinadən məlum verir.
Məlumata əsasən, 3245 yaşlı şəxslər qanunsuz olaraq, qrup halında odlu silah və sursatın əldə edilməsi, saxlanılması, daşınması və satılmasında ittiham olunurlar. Onlardan biri əvvəllər məhkumluq keçmiş şəxsdir.
İstintaqın gedişində müəyyən edilib ki, saxlanılan şəxslər vətəndaşlardan birinə pul müqabilində qanunsuz olaraq silah və döyüş sursatı satıblar.
Polis əməliyyat zamanı qanunsuz silah və sursatı, eləcə də pul vəsaitini maddi sübut kimi ələ keçirib.
Faktla bağlı araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsi üzrə aparılır (qanunsuz silah və sursat dövriyyəsi).
Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031