6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Əməliyyat-axtarış

Erməni vətəndaş 1 kq-dək “klefedron”u Gürcüstana gətirməyə çalışıb

03-noyabr-2025
Erməni vətəndaş 1 kq-dək “klefedron”u Gürcüstana gətirməyə çalışıb
Yazı Ölçüsü:
Gürcüstan hüquq-mühafizə orqanları Ermənistan vətəndaşını xüsusi böyük miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması və Gürcüstana qanunsuz gətirilməsi ittihamı ilə saxlayıblar.
"PostMedia" Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə bu ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
41 yaşlı kişiyə ittiham sübuta yetirilərsə, 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası tətbiq oluna bilər.
Hüquq-mühafizə orqanları “Sadaxlı” keçid məntəqəsi ərazisində təqsirlilərin avtomobilini ətraflı yoxlayarkən 1 kq-dək “klefedron” narkotik vasitəsini maddi sübut kimi aşkarlayıblar.
Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031