6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Əməliyyat-axtarış

Gürcüstanda 2 kq uran almağa cəhd edən üç Çin vətəndaşı həbs edilib

27-oktyabr-2025
Gürcüstanda 2 kq uran almağa cəhd edən üç Çin vətəndaşı həbs edilib
Yazı Ölçüsü:
Gürcüstanda üç Çin vətəndaşı qara bazarda 2 kiloqram uranı 400 min ABŞ dollarına almağa cəhd etdiyinə görə həbs olunub.
"PostMedia" xəbər verir ki, bu barədə "Fox News" kanalı məlumat yayıb.
Məlumata görə, əməliyyat Tbilisidə keçirilib. Şübhəlilər radioaktiv materialı Çinə göndərməyi planlaşdırırmışlar. Yayılmış kadrlarda Gürcüstan təhlükəsizlik xidmətinin əməkdaşlarının uran olduğu təsdiqlənmiş maddələri ələ keçirdiyi və şübhəliləri yerində həbs etdiyi görünür.
Həbs olunanlardan birinin Gürcüstanda qalma vizasının müddəti bitsə də ölkəni tərk etmədiyi deyilir.
İstintaqa görə, məhz o, uranın alınmasını təşkil edib və radioaktiv materialın qiymətləndirilməsi üçün xarici mütəxəssisləri cəlb edib. Qrupun digər üzvləri isə ehtimal ki, Çindən əməliyyatları koordinasiya edirdilər.
Həbs əməliyyatı müqavilə detalları üzrə danışıqlar zamanı həyata keçirilib. Şübhəlilərin adları və dəqiq həbs tarixi hələ açıqlanmayıb.
Xatırladaq ki, ABŞ-də əvvəllər bir şəxs Şimali Koreyaya silah tədarükünü etiraf etmiş və səkkiz il həbs cəzası almışdı.
Kateqoriyalar

Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930