N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Əməliyyat-axtarış

Gürcüstanın sabiq Baş nazir qeyri-qanuni gəlir əldə etdiyini etiraf edib

22-oktyabr-2025
Turan Hüseynli
Gürcüstanın sabiq Baş nazir qeyri-qanuni gəlir əldə etdiyini etiraf edib
Yazı Ölçüsü:

Gürcüstanın sabiq Baş naziri İrakli Qaribaşvili Antikorrupsiya Agentliyində dindirilib və istintaqla tam əməkdaşlıq edərək illər boyu qanunsuz gəlir əldə etdiyini etiraf edib.

"PostMedia" xəbər verir ki, bu barədə bu ölkənin Dövlət Təhlükəsizliyi Xidmətinin Antikorrupsiya Agentliyinin direktoru Emzar Qağnidze brifinq zamanı məlumat verib.

Onun sözlərinə görə, yaxın günlərdə istintaq toplanmış və əlavə sübutlar əsasında Qaribaşvilinin əməllərinin hüquqi qiymətləndirilməsi və ona qarşı həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar verəcək.

Qağnidze bildirib ki, son günlərdə keçmiş yüksək vəzifəli məmurlar və onlarla əlaqəli şəxslərin evlərində genişmiqyaslı axtarışlar aparılıb.

Oktyabrın 17-də İrakli Qaribaşvilinin, Dövlət Təhlükəsizliyi Xidmətinin sabiq rəhbəri Qriqol Liluashvilinin, keçmiş baş prokuror Otar Fartsxaladzenin və daha səkkiz nəfərin evlərində keçirilən əməliyyat zamanı 7,22 milyon dollar, qızıl zinət əşyaları, müxtəlif elektron qurğular, sənədlər və bahalı rəsm əsərləri müsadirə edilib.

Son günlərdə bu cinayət işi çərçivəsində əlavə 11 ünvanda da axtarış aparılıb.

Xatırladaq ki, İrakli Qaribaşvili 2024-cü il yanvarın 29-da baş nazir vəzifəsindən istefa verdiyini açıqlayıb. O, bu postu iki dəfə tutub: birinci dəfə 2013-cü il noyabrın 20-dən 2015-ci il dekabrın 30-dək, ikinci dəfə isə 2021-ci il fevralın 22-dən 2024-cü il aprelin 29-dək.

Kateqoriyalar