N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Əməliyyat-axtarış

Tbilisidə “Formula” telekanalının daha bir jurnalisti saxlanıldı

20-oktyabr-2025
Admin
Tbilisidə “Formula” telekanalının daha bir jurnalisti saxlanıldı
Yazı Ölçüsü:
Tbilisidə polis “Formula” telekanalının jurnalisti və aparıcısı Ketə Tsitskişvilini yolun bilərəkdən bağlanması ittihamı ilə saxlayıb.
"PostMedia" xəbər verir ki, jurnalist sosial şəbəkədə paylaşım edərək bildirib.
O, qeyd edib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları onu bu gün saxlayıblar. Jurnalist, bundan qorxmadığını və mübarizəni davam etdirəcəyini açıqlayıb.
Bir gün əvvəl eyni kanaldan olan digər jurnalist Vaxo Sanaiya da oxşar ittihamla saxlanılaraq 6 günlük inzibati həbs cəzasına məhkum edilmişdi.
Hakimiyyət nümayəndələri bildirirlər ki, jurnalistlər 18 oktyabr etiraz aksiyası zamanı Rustaveli prospektində nəqliyyatın hərəkətini əngəlləyiblər və bu, qanun pozuntusu hesab olunur.
Gürcüstan Daxili İşlər Nazirliyi məlumat verib ki, aksiya ilə bağlı ümumilikdə 27 nəfər müəyyən edilib, bunlardan 14 nəfər saxlanılıb, 13 nəfərə qarşı isə inzibati icraat başlayıb. Nazirlik həmçinin qeyd edib ki, aksiyanın iştirakçılarından bəziləri üzlərini qəsdən gizlədiblər, bu da qanunla qadağandır.
Hadisəyə reaksiya verən Media Hüquqları üzrə Koalisiya bu addımı müstəqil jurnalistikaya təzyiq kimi qiymətləndirib. Bəyanatda bildirilib ki, jurnalistlərin həbsi media azadlığına birbaşa zərbədir və bu, ölkədə ifadə azadlığının ciddi şəkildə məhdudlaşdırılması deməkdir.
Xatırladaq ki, yaxın günlərdə Gürcüstanda “toplaşma və aksiyalar haqqında” qanuna dəyişiklik edilib və yolu bağlama, maska taxma və polisin tələbinə tabe olmama kimi hallara görə cəzalar sərtləşdirilib. Yeni dəyişikliklərə əsasən, belə hallarda 15 günədək inzibati həbs, təkrarlanacağı təqdirdə isə azadlıqdan məhrumetmə nəzərdə tutulur.
Kateqoriyalar