6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Əməliyyat-axtarış

İtaliyada polisin evini qarət etmək istəyən gürcülər saxlanıb

16-oktyabr-2025
İtaliyada polisin evini qarət etmək istəyən gürcülər saxlanıb
Yazı Ölçüsü:

Roma şəhərində üç gürcü vətəndaşı polis əməkdaşının mənzilini qarət etməyə cəhd edərkən saxlanılıb

PostMedia” xarici KİV-lərə istiadən xəbər verir ki, hadisə bir neçə gün əvvəl Romada, Tuskolano rayonunda baş verib. Gürcülərin qarət etməyə gəldiyi mənzil videokamera və siqnalizasiya sistemi ilə təchiz olunmuşdu və məlum olub ki, mənzilin sahibi polis əməkdaşıdır.

Mənzil sahibi siqnalizasiya sistemindən mobil telefonuna bildiriş aldıqdan sonra həmkarları ilə əlaqə saxlayıb.

Hadisə yerinə çatan polis əməkdaşları bir qarətçini küçədə görüblər – o, “müşahidəçi” rolunu yerinə yetirirdi. Digər iki nəfər isə artıq mənzilin içində idi.

Polisləri görən kimi onlar qaçmağa çalışıblar, lakin bu cəhd uğursuz olub. Hər üç şəxs qarətə cəhd və hüquq-mühafizə orqanlarına müqavimət göstərməkdə ittiham olunaraq saxlanılıb.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930