Gürcüstanın Mtsxeta-Mtianeti regionunda 44 yaşlı Azərbaycan vətəndaşından böyük miqdarda metadon götürülüb.
"PostMedia" Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına istinadən xəbər verir ki, ona ömürlük həbs cəzası gözlənilir.
Qurumun məlumatına görə, şəxsi axtarış və əcnəbinin yaşayış yerinin axtarışı zamanı hüquq-mühafizə orqanları 42 paket metadon maddi sübut kimi müsadirə edib.
Cinayət işi narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanılması, həmçinin böyük miqdarda qrup şəklində yayılmasına kömək göstərilməsi maddələri üzrə açılıb. Bu maddələr 20 ilədək azadlıqdan məhrumetmə və ya ömürlük həbs cəzası nəzərdə tutur.