N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Əməliyyat-axtarış

Yerevan metrosunun keçmiş baş mühəndisi axtarışa verilib

07-oktyabr-2025
Turan Hüseynli
Yerevan metrosunun keçmiş baş mühəndisi axtarışa verilib
Yazı Ölçüsü:
Yerevanın Karen Demirçiyan adına metropoliteninin keçmiş baş mühəndisi barəsində axtarış elan edilib və onun üçün həbs qətimkan tədbiri seçilib.
"PostMedia" xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Araşdırmalar göstərib ki, keçmiş baş mühəndis və digər şəxslər birlikdə 20 milyon 710 min dramı (təxminən 89 min manat) mənimsəyiblər.
Məlumata görə, 2021-ci il aprelin 30-da metropoliten ilə bir qrup şəxs arasında xidmət müqaviləsi imzalanıb.
Müqaviləyə əsasən, həmin şəxslər vaqonların əsaslı təmiri və modernləşdirilməsi işlərini həyata keçirməli idilər. Vaqon təmir işlərinin ödənişi olaraq səkkiz nəfərə 20 milyon 710 min dram ödənilib.
İstintaq zamanı məlum olub ki, bu səkkiz nəfər metropolitenin işçisi olmayıb və əvvəllər vaqonların təmiri ilə heç bir əlaqələri olmayıb. Keçmiş baş mühəndis isə işləri həyata keçirmədiklərini gizlədərək, məsul şəxslərə deyib ki, onlar işə saat 18:00-dan sonra başlayacaqlar.
Lakin həmin şəxslər heç bir iş görməyiblər, amma müqavilədə göstərilən məbləği alıblar.
Keçmiş baş mühəndisə qarşı xüsusi böyük həcmdə fırıldaqçılıq (Cinayət Məcəlləsinin 255-ci maddəsinin 3-cü hissəsinin 3-cü bəndi), səkkiz nəfərə qarşı isə qrup şəklində əvvəlcədən razılaşdırılmış böyük həcmdə fırıldaqçılıq (255-ci maddənin 2-ci hissəsi, 1 və 3-cü bəndlər) maddələri üzrə cinayət işi açılıb.
İstintaq zamanı dövlətə dəyən zərərin 5 milyon 47 min dramı (təxminən 22 min manat) bərpa edilib, altı nəfərin əmlakına isə zərərin ödənilməsi üçün həbs qoyulub. Altı nəfərlə bağlı cinayət işi isə müvafiq prokurorluğa göndərilib.
Kateqoriyalar