N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Əməliyyat-axtarış

Milyarder İbrahim Süleymanov işinə görə daha 2 nəfər həbs edilib

07-oktyabr-2025
Türkan Nəbi
Milyarder İbrahim Süleymanov işinə görə daha 2 nəfər həbs edilib
Yazı Ölçüsü:

Moskvanın Basman məhkəməsi milyarder İbrahim Süleymanovun iştirakı ilə bağlı sifarişli qətllər işi üzrə iki nəfərin Denis Zaykan və Əhməd Batırasxanovun barəsində iki aylıq həbs qərarı çıxarıb.
PostMedia” xəbər verir ki, bu barədə paytaxt məhkəmələrinin mətbuat xidməti məlumat yayıb.
İstintaqın məlumatına görə, İbrahim Süleymanov 1999-cu ildə “Vnukovo Airlines” həmkarlar ittifaqının rəhbəri Gennadi Borisovun qətlini, 2004-cü ildə isə Rusiya Maliyyə Bərpası və Məhkəmə İflas Xidmətinin keçmiş rəhbəri Georgi Talın öldürülməsini təşkil etməkdə ittiham olunur.
Bundan əlavə, o, 2021-ci ildə vəkil İlya Perequdova qarşı törədilən sui-qəsdin sifarişçisi kimi göstərilir.
Suleymanov özünü heç bir epizod üzrə günahkar hesab etmir və cinayət işini “dumanlı pərdə” adlandırır. Onun vəkili Georgi Abşilava “Kommersant” nəşrinə bildirib ki, müvəkkili “özünün bu cinayətlərə aidiyyəti olmadığını sübut etməyə hazırdır”.
Qeyd edək ki, milyarder oktyabrın 3-də həbs edilib. Eyni iş üzrə həbs edilənlərin sayı isı 10-u ötüb.
Onlardan biri, cinayətin icraçısı və ehtimal olunan mütəşəkkil cinayətkar qrupun rəhbəri Abakar Darbişev, ürək tutmasından dünyasını dəyişib.
Bu gün isə istintaq çərçivəsində Dаğıstanda daha üç nəfər şübhəli şəxs qismində saxlanılıb.
Hadisə Rusiya ictimaiyyətində böyük rezonans doğurub və işin detalları hələ də istintaq sirri olaraq qalır.

Kateqoriyalar