6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Əməliyyat-axtarış

Azərbaycana casusluq edən erməni diplomatın istintaqı bitib

02-oktyabr-2025
Azərbaycana casusluq edən erməni diplomatın istintaqı bitib
Yazı Ölçüsü:

Dövlətə xəyanət edərək Azərbaycana casusluqda ittiham olunan Ermənistan Xarici İşlər Nazirliyinin əməkdaşı Aşxen Arakelyanın işi üzrə ibtidai istintaq yekunlaşıb və məhkəməyə göndərilib.

"PostMedia" Ermənistan KİV-in istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsindən məlumat verilib.

Xatırladaq ki, bu iyulun 20-də Ermənistan Milli Təhlükəsizlik Xidmətindən daxil olmuş məlumat əsasında İstintaq Komitəsinin dövlətin, konstitusiya quruluşunun əsaslarına və ictimai təhlükəsizliyə qarşı yönəlmiş cinayətlərin istintaqı üzrə Baş İdarəsində Cinayət Məcəlləsinin 418-ci maddəsinin 1-ci hissəsi və 424-cü maddəsinin 1-ci hissəsi ilə nəzərdə tutulan əməllərin əlamətləri üzrə cinayət işi başlanıb.

İttihama görə, Ermənistan Xarici İşlər Nazirliyinin əməkdaşı casusluq edib, xarici dövlətin nümayəndəsinə dövlət sirri təşkil edən məlumatlara çıxış üçün şərait yaradıb və düşmənçilik fəaliyyəti həyata keçirməkdə yardım göstərərək dövlətə xəyanət törədib.

Xatırladaq ki, XİN-nin saxlanılan əməkdaşı Aşxen Arakelyan azərbaycanlı ilə romantik münasibətdə olub və ona dövlət sirri təşkil edən məlumatları ötürüb.
Erməni mediası yazır ki, Arakelyan dindirmə zamanı Azərbaycan tərəfdən pul aldığını etiraf edib.

Kateqoriyalar

Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930