6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Əməliyyat-axtarış

Polisə 60 min dəfə zəng edən şəxs həbs edildi

25-sentyabr-2025
Polisə 60 min dəfə zəng edən şəxs həbs edildi
Yazı Ölçüsü:

Cənubi Koreyada 50 yaşlı kişi darıxdığından polisə 60 min dəfə zəng edib və həbs olunub.

"PostMedia" xəbər verir ki, o iki il ərzində daim polis şöbəsinə zəng vuraraq yalan bəyanatlar verib.

Məsələn, qardaşını öldürmək istədiyini deyib və ya onu on ildir əsir saxladıqlarından şikayətlənib.

Təkcə ötən ilin may ayında o, cəmi dörd gün ərzində 1882 dəfə polisə müraciət edib. Ümumilikdə isə iki il ərzində zənglərinin sayı 58 mini ötüb.

Polislər bu şikayətlərdən bezdikləri üçün həmin kişini həbs ediblər. Dindirilmə zamanı o, təkliyindən əziyyət çəkdiyini və içki içəndə zəng etdiyini etiraf edib. Onu beş ilədək həbs və ya 10 milyon von (təxminən 12 120 manat) cərimə gözləyir.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930