6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Əməliyyat-axtarış

Ankara Böyükşəhər Bələdiyyəsinin konsert xərclərinə görə dövlətə 7 milyon manatdan çox ziyan dəyib

23-sentyabr-2025
Ankara Böyükşəhər Bələdiyyəsinin konsert xərclərinə görə dövlətə 7 milyon manatdan çox ziyan dəyib
Yazı Ölçüsü:

Ankara Böyükşəhər Bələdiyyəsinin (ABB) 2021–2024-cü illərdəki konsert xərclərinin “dövlətə ziyan vurduğu” iddiası ilə başalayn istintaq çərçivəsində 13 şübhəlinin saxlanılıb.
“PostMedia” Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ankara Baş Prokurorluğu məlumat yayıb.
Baş Prokurorluğun məlumatına görə, Daxili İşlər Nazirliyi Mülkiyyə Müfəttişliyi tərəfindən hazırlanan hesabat, MASAK araşdırması, Hesablama Palatasının yoxlaması və ekspert rəyləri əsasında aparılan istintaq zamanı 32 konsert xidməti alımında bələdiyyənin 7 milyon 20 min manatdan çox (154 milyon 453 min 221,60 lirə) ziyana uğradığı müəyyən edilib.
Saxlanılanlar arasında ABB-nin sabiq Mədəniyyət və Sosial İşlər Dairə rəhbərləri və müdirləri, həmçinin müxtəlif təşkilat şirkətlərinin sahibləri və ortaqları var. Onlara qarşı “vəzifədən sui-istifadə” və “tenderə müdaxilə” ittihamları irəli sürülüb.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930