6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Əməliyyat-axtarış

Şuşada külli miqdarda silah-sursat aşkarlanıb - BİRGƏ MƏLUMAT

15-sentyabr-2025
Şuşada külli miqdarda silah-sursat aşkarlanıb - BİRGƏ MƏLUMAT
Yazı Ölçüsü:

Şuşa rayonunun Kiçik Qaladərəsi kəndi ərazisində külli miqdarda silah-sursat aşkar edilib.

PostMedia” xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin, Daxili İşlər Nazirliyinin və Azərbaycan Minatəmizləmə Agentliyinin yaydığı birgə məlumatda bildirilib.

Məlumata görə, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Daxili İşlər Nazirliyi ilə birgə Azərbaycan Respublikasının Qarabağ ərazisində qanunsuz odlu silah və partlayıcı maddələrin saxlanıldığı gizli saxlanc yerlərinin axtarışı ilə bağlı görülmüş tədbirlər nəticəsində Şuşa rayonunun Kiçik Qaladərəsi kəndi ərazisində xeyli sayda silah-sursat aşkar edilərək götürülüb.

"Göstərilən istiqamətdə Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyat-axtarış tədbirləri davam etdirilir", - məlumatda qeyd olunub.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031