6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Əməliyyat-axtarış

Azərbaycan gömrükçüləri 30 kiloqramdan artıq narkotik vasitə aşkar edib

18-avqust-2025
Azərbaycan gömrükçüləri 30 kiloqramdan artıq narkotik vasitə aşkar edib
Yazı Ölçüsü:
Dövlət Gömrük Komitəsinin (DGK) Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində növbəti dəfə külli miqdarda narkotik vasitə - marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
"PostMedia" bu barədə DGK-nın mətbuat xidmətinə istinadən xəbər verir.
“Astara” gömrük postunda Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına “kahı” yükü aparan nəqliyyat vasitəsi gömrük yoxlamasına cəlb edilib.
Kinoloji xidmət itinin tətbiqi ilə həyata keçirilən yoxlama zamanı bir ədəd paletdəki kahı yüklü yeşiklərin alt hissəsindən gömrük nəzarətindən gizlədilən 34 ədəd bağlamada, ümumi təqribi çəkisi 30 kiloqram 599 qram narkotik vasitə - marixuana aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031