Yekaterinburqdakı diaspor rəhbəri Şahin Şıxlinski həbs edilib.
“PostMedia” xəbər verir ki, bu barədə məlumatı Trend-ə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsindən təsdiqləyiblər.
Saxlanılan Şahin Şıxlinski Sverdlovsk vilayəti üzrə İstintaq Komitəsində şahid qismində dindirilir.
Bu barədə Şahin Şıxlinskinin oğlu Mutvəli bildirib.
Mutvəli Şıxlinski bildirib ki, FSB əməkdaşları onu və atasını saxlayıblar. Daha sonra Mutvəli sərbəst buraxıldı, atası Şahin isə Sverdlovsk vilayəti üzrə İstintaq Komitəsinə aparılıb.
Hazırda o, şahid statusundadır.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
