6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Əməliyyat-axtarış

"Sputnik Azərbaycan"da saxlanılan iki nəfər binadan çıxarılıb - FOTOLAR

30-iyun-2025
"Sputnik Azərbaycan"da saxlanılan iki nəfər binadan çıxarılıb - FOTOLAR
Yazı Ölçüsü:

"Sputnik Azərbaycan"da keçirilən əməliyyat nəticəsində saxlanılan iki nəfər binadan çıxarılıb.

"PostMedia" "Report"a istinadən xəbər verir ki, həmin şəxslər hüquq-mühafizə orqanlarının avtomobili ilə ərazidən aparılıb.

Qeyd edək ki, Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə fevralın 24-də bildirmişdi ki, "Rossiya Segodnya"nın (Sputnik) Azərbaycandakı nümayəndəliyi ləğv edilib. O söyləmişdi ki, sözügedən qurum yalnız bir müxbir vasitəsilə akkreditasiyadan keçə bilər.

Ancaq buna baxmayaraq, "Sputnik Azərbaycan”ın fəaliyyətini davam etdirdiyi, əməkdaşlarının işə çıxdığı məlum olub.

Məlumata görə, "Sputnik Azərbaycan"da əməliyyat nəticəsində binadan çıxarılan şəxslər direktor İqor Kartavıx və əməkdaş Yevgeni Belousovdur.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930