6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Əməliyyat-axtarış

ABŞ İranla bağlı 29 gəmini geri yönləndirib - CENTCOM

23-aprel-2026
ABŞ İranla bağlı 29 gəmini geri yönləndirib - CENTCOM
Yazı Ölçüsü:

İranın dəniz blokadası başlanandan bəri ABŞ silahlı qüvvələri İrana doğru hərəkət edən və ya ölkəni tərk etməyə çalışan 29 gəmini geri yönləndirib.

"PostMedia" xəbər verir ki, bu ABŞ Mərkəzi Komandanlığından (United States Central Command - CENTCOM) — bildirilib.

Qurumun "X" sosial şəbəkəsində yayılan açıqlamada qeyd olunur ki, əməliyyat çərçivəsində ABŞ qüvvələri bu gəmilərə istiqamətlərini dəyişmək və ya limanlara geri qayıtmaq əmri verib.

CENTCOM eyni zamanda bəzi ticarət gəmilərinin blokadanı yarıb keçməsi ilə bağlı yayılan məlumatları təkzib edib və bu iddiaları qeyri-dəqiq adlandırıb.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930