6°C Bakı
1$ = 1.70₼
Əməliyyat-axtarış

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti casusluq ittihamı ilə bir nəfəri saxlayıb

22-aprel-2026
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti casusluq ittihamı ilə bir nəfəri saxlayıb
Yazı Ölçüsü:

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) xarici ölkənin xüsusi xidmət orqanlarının tapşırığı ilə məlumat toplama və ötürmə ittihamı ilə bir Gürcüstan vətəndaşını saxlayıb.

"PostMedia" xəbər verir ki, bu barədə qurum rəhbərinin müavini Laşa Mağradze brifinqdə məlumat verib.

Onun sözlərinə görə, xarici xüsusi xidmət orqanının əməkdaşı Gürcüstan vətəndaşına müəyyən məbləğdə pul müqabilində ölkə maraqlarına zidd müxtəlif xarakterli məlumatlar toplamağı tapşırıb.

“Cinayət işi üzrə toplanmış sübutlarla müəyyən edilib ki, saxlanılan şəxs xarici xüsusi xidmət orqanı tərəfindən ələ alınıb və ona müvafiq psevdonim verilib”, – deyə Mağradze bildirib.

Qeyd olunub ki, saxlanılan şəxsə bir sıra istiqamətlər üzrə məlumat toplamaq tapşırılıb.

Onlardan birincisi Gürcüstanın hüquq-mühafizə strukturlarının - Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi və Müdafiə Nazirliyinin dislokasiya yerləri, qüvvə və vasitələri barədə məlumatlar, həmçinin bu obyektlərin foto və video çəkilişi, ikincisi Gürcüstandakı strateji obyektlərin — körpülər, avtomobil və dəmir yolu magistralları və digər obyektlərin yerləşməsi barədə məlumatlar, eləcə də bu məkanların foto və video çəkilişidir.

Saxlanılan şəxsə Gürcüstan Cinayət Məcəlləsinin 314-cü maddəsinin 1-ci hissəsi ilə ittiham irəli sürüləcək. Bu maddə 8 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bundan əlavə, əks-kəşfiyyat departamenti tərəfindən analoji cinayətdə daha iki Gürcüstan vətəndaşı da ifşa olunub. Onların da eyni xarici xüsusi xidmət orqanı tərəfindən ələ alındığı və tapşırıqlar əsasında Gürcüstanın maraqlarına zidd məlumatlar topladıqları və ötürdükləri müəyyən edilib.

Qurumun məlumatına görə, hazırda ölkə ərazisində olmayan həmin iki şəxsə də qiyabi qaydada eyni maddə ilə ittiham irəli sürüləcək.

Axtarışda olan şəxslər barədə Interpol xətti ilə beynəlxalq axtarış elan ediləcək.

Kateqoriyalar

Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930