6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Əməliyyat-axtarış

Qırğızıstanın keçmiş xarici işlər naziri vəzifəsindən sui-istifadə etməkdə ittiham olunur

15-aprel-2026
Qırğızıstanın keçmiş xarici işlər naziri vəzifəsindən sui-istifadə etməkdə ittiham olunur
Yazı Ölçüsü:

Qırğızıstan Daxili İşlər Nazirliyi keçmiş xarici işlər naziri Çingiz Aydarbekov barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı ittiham irəli sürüb.

"PostMedia" xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.

Məlumata görə, Aydarbekovun ölkəyə girişinə də qadağa qoyulub. O, 2018–2020-ci illərdə Qırğızıstanın xarici işlər naziri vəzifəsində çalışıb.

Nazirliyin açıqlamasında bildirilir ki, onun işlədiyi dövrdə bəzi əməkdaşlarla birlikdə dövlət büdcə vəsaitlərinin istifadəsində qanun pozuntularına yol verilib və bu hallar üzrə cinayət işi açılıb. İttihamlar arasında şişirdilmiş xərclər, müvafiq sənədlər olmadan əmlak və vəsaitlərin silinməsi, saxta sənədlərdən istifadə və mənimsəmə halları kimi epizodlar yer alır. Hazırda istintaq iş üzrə araşdırmaları davam etdirir.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930