6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Əməliyyat-axtarış

Böyük Britaniya Trampa İran infrastrukturuna zərbə üçün hərbi bazalardan istifadə etməyə icazə verməyəcək

06-aprel-2026
Böyük Britaniya Trampa İran infrastrukturuna zərbə üçün hərbi bazalardan istifadə etməyə icazə verməyəcək
Yazı Ölçüsü:

Böyük Britaniya ABŞ Prezidenti Donald Trampa İranın körpülərinə və ya elektrik stansiyalarına zərbələr endirmək üçün Kral Hərbi Hava Qüvvələrinin bazalarından istifadə etməyə icazə verməyəcək.

PostMedia” xəbər verir ki, bu barədə “The i Paper” məlumat yayıb.

Nəşrin məlumatına görə, London Vaşinqtona bu məqsədlə Britaniya hərbi bazalarının istifadəsinə razılıq vermək niyyətində deyil.

ABŞ prezidenti çərşənbə axşamı bəyan edib ki, əgər Tehran Hörmüz boğazını beynəlxalq gəmiçilik üçün açmasa, İranın mühüm mülki infrastrukturuna qarşı “cəhənnəm atəşi” yağdırıla bilər.

“The i Paper” yazır ki, körpülər və elektrik stansiyalarına zərbələr Britaniyanın belə əməliyyatlar üçün müəyyən etdiyi çərçivəyə daxil deyil. Buna görə də Vaşinqton Britaniya hərbi bazalarından bu məqsədlə istifadə etmək üçün müraciət edərsə, bu tələb rədd ediləcək.

Müəllif
Tural
Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031