6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Əməliyyat-axtarış

Gürcüstan polisi “qanuni oğru dünyası” ilə əlaqəli 44 nəfəri saxlayıb

07-aprel-2026
Gürcüstan polisi “qanuni oğru dünyası” ilə əlaqəli 44 nəfəri saxlayıb
Yazı Ölçüsü:

Son 24 saat ərzində Gürcüstan ərazisində keçirilən polis əməliyyatları nəticəsində “qanuni oğru dünyası” ilə əlaqəsi olan 44 nəfər saxlanılıb.

"PostMedia" xəbər verir ki, bunu Gürcüstanın daxili işlər nazirinin müavini Alexander Daraxvelidze brifinqdə bildirib.

DİN-in məlumatına görə, təqsirləndirilən şəxslər məhkəmə qərarı əsasında həbs edilib, daha 6 nəfərə isə qiyabi ittiham irəli sürüləcək. Onların arasında xaricdə olan “qanuni oğru” Mamuka Şubitidze də var.

İstintaq müəyyən edib ki, cinayət məsuliyyətinə cəlb olunan şəxslər “kriminal razborkalar” təşkil edir və “qanuni oğru qərarları” çıxarırdılar. Xüsusilə, onlar “qanuni oğru dünyasının” nümayəndələri, o cümlədən Mamuka Şubitidze ilə əlaqə saxlayırdılar.

“Şubitidze şəxsi mənfəət əldə etmək məqsədilə "qanuni oğru qaydalarına" uyğun olaraq vətəndaşlar arasında maliyyə və digər cinayət xarakterli mübahisələr üzrə qərarlar qəbul edir, daha sonra tərəflərə pul ödəməyi tapşırırdı. Müəyyən edilmiş müddətlərə əməl olunmadıqda isə fiziki zorakılıq və ölüm hədələri ilə qorxudurdu,” – deyə Daraxvelidze bildirib.

Bundan əlavə, təqsirləndirilən şəxslər “qanuni oğruya” mütəmadi olaraq Tbilisi və Kaxeti bölgələrində yaşayan və gələcəkdə “qanuni oğru dünyası” adından maddi qazanc əldə etmək və pul tələb etmək mümkün olan şəxslər barədə məlumat verirdilər.

Sübut kimi avtomobil, odlu silahlar və döyüş sursatı, həmçinin təqsirləndirilən şəxslərin mobil telefonları və kompüter texnikası götürülüb. Onlar bu vasitələrlə bir-biri ilə və xaricdə yaşayan “qanuni oğru” ilə əlaqə saxlayırdılar.

İstintaq Cinayət Məcəlləsinin 181-ci, 223-1-ci, 223-3-cü və 223-4-cü maddələri ilə aparılır ki, bu da 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Müəllif
Tural
Kateqoriyalar

Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930