İnterpolun “qırmızı bülleteni” ilə beynəlxalq axtarışda olan Türkiyə vətəndaşı Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batumidə saxlanılıb.
"PostMedia" xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, 30 yaşlı şəxs vətənində bir sıra ağır cinayətlər törətməkdə ittiham olunur. Hazırda o, həbs edilib və müvafiq prosedurlardan sonra Türkiyəyə ekstradisiya olunacaq.
Qeyd olunur ki, Gürcüstan DİN-in tərkibində fəaliyyət göstərən İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə İnterpol ilə fəal əməkdaşlıq edir, beynəlxalq axtarışda olan cinayətkarların tutulması üçün İnterpolun məlumat bazalarından istifadə edir və müxtəlif istiqamətlər üzrə informasiya mübadiləsi aparır.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
