Təkadamlıq kameralarla bağlı həbsxana şəraitini araşdırmaq üçün Türkiyəyə gələn kommunist fəallar qrupu saxlanılıb. "PostMedia" xəbər verir ki, bu barədə Partiyanın mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, saxlanılanlar arasında Rusiya Federasiyası Kommunist Partiyasının (RFKP) Moskva şəhər komitəsinin üzvü Tatyana Desyatova da var.
Onunla birlikdə italiyalı jurnalist Andrea Luçidi və İspaniya Kommunist Partiyasının nümayəndəsi Fernando Qarsiya da saxlanılıb. RFKP bəyan edib ki, onların fəaliyyəti ictimai xarakter daşıyır və həbsxanalardakı vəziyyətin sənədləşdirilməsi, eləcə də insan hüquqlarının müdafiəsinə yönəlib.
Partiya Desyatovanın azadlığa buraxılması üçün addımlar atdığını və artıq lazımi dəstəyin göstərilməsi məqsədilə Rusiya Xarici İşlər Nazirliyi ilə əlaqə saxladığını açıqlayıb.
