6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Əməliyyat-axtarış

Rusiyanın axtarışa verdiyi şəxs Ermənistanda saxlanılıb

04-fevral-2026
Rusiyanın axtarışa verdiyi şəxs Ermənistanda saxlanılıb
Yazı Ölçüsü:

Rusiyanın Krasnoyarsk diyarında kriptovalyuta ödəniş kartlarının qanunsuz dövriyyəsində ittiham olunaraq axtarışa verilən şəxs Ermənistan ərazisində aşkar edilib.

"PostMedia" xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Rusiya hüquq-mühafizə orqanları tərəfindən barəsində həbs qətimkan tədbiri seçilmiş 39 yaşlı kişi beynəlxalq axtarışa verilmişdi.

Hadisənin təfərrüatları ilə bağlı bildirilir ki, həmin şəxs Ermənistanın Vedi rayon polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri və aparılan izahat işləri nəticəsində könüllü olaraq polisə gələrək təslim olub.

Ermənistanın müvafiq qurumları saxlanılan şəxs barədə məlumatı artıq İnterpolun ölkədəki Milli Mərkəzi Bürosuna təqdim ediblər. Hazırda axtarışda olan şəxsin Rusiyaya ekstradisiya edilməsi ilə bağlı hüquqi prosedurlar davam etdirilir.

Kateqoriyalar

Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930