N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Əməliyyat-axtarış

İspaniya polisi açıq dənizdə rekord həcmdə – təxminən 10 ton kokain müsadirə edib

13-yanvar-2026
Türkan Nəbi
İspaniya polisi açıq dənizdə rekord həcmdə – təxminən 10 ton kokain müsadirə edib
Yazı Ölçüsü:

İspaniya polisi Atlantik okeanında keçirdiyi xüsusi əməliyyat zamanı indiyədək açıq dənizdə aşkar edilmiş ən böyük kokain partiyasını ələ keçirib.

PostMedia” rəsmi məlumata istinadən xəbər verir ki, Braziliyadan Avropaya doğru hərəkət edən “United S” adlı ticarət gəmisində 9 ton 994 kiloqram kokain tapılıb.

İspaniya Milli Polisi və Hərbi Dəniz Qüvvələrinin birgə əməliyyatı Kanariya adalarından 535 kilometr uzaqlıqda həyata keçirilib. Kamerun bayrağı altında üzən gəmidə narkotik maddə duz yükünün içərisində gizlədilmiş 294 paketdə aşkarlanıb.

Polisin açıqlamasında bildirilir ki, duz daşıyan gəmi Braziliyadan yola çıxaraq Avropadakı limanlardan birinə istiqamətlənib. Yanacağının bitdiyi bəhanəsi ilə 12 saatdır okeanda gözləyən gəmi ətrafında şübhəli sürət qayıqlarının görünməsi əməliyyatın vaxtından əvvəl başlanmasına səbəb olub. Hüquq-mühafizə orqanları bunun narkotiklərin ötürülməsi cəhdi olduğunu istisna etmir.

Əməliyyat zamanı Hindistan və Serbiya vətəndaşı olan 13 nəfərlik ekipaj üzvü saxlanılıb. Gəmi müsadirə edilərək “Tenerife” limanına aparılıb.

“Ağ Dalğa” adlandırılan bu əməliyyat İspaniya polisinin açıq dənizdə həyata keçirdiyi ən iri kokain müsadirəsi kimi tarixə düşüb. Əməliyyatda Braziliya, Fransa və Portuqaliyanın təhlükəsizlik qurumları da əməkdaşlıq edib.

Kateqoriyalar