6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Əməliyyat-axtarış

Ötən il qeyri-qanuni hərəkətlərə görə Dövlət Xidmətinin 9 əməkdaşı işdən çıxarılıb

06-yanvar-2026
Ötən il qeyri-qanuni hərəkətlərə görə Dövlət Xidmətinin 9 əməkdaşı işdən çıxarılıb
Yazı Ölçüsü:

Ötən il Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 9 əməkdaşının əmək müqaviləsinə xitam verilib.

PostMedia" xəbər verir ki, bu barədə Dövlət Xidmətinin 2025-ci ilin yekunlarına dair hesabatında qeyd edilib.

Bildirilib ki, əməkdaşların qeyri-qanuni hərəkətləri və vəzifə səlahiyyətlərindən sui-istifadə halları üzrə 2025-ci il ərzində 172 əməkdaş (onlardan 65-i rəhbər heyət) barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb. O cümlədən 9 əməkdaş mənfi əsaslarla ehtiyata buraxılıb və ya əmək müqaviləsinə xitam verilib.

Ümumilikdə ötən ildə 44 fakt üzrə 93 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930