Gürcüstanın hüquq-mühafizə orqanları Marneulidə dələduzluqda ittiham olunan iki Azərbaycan vətəndaşını saxlayıb.
"PostMedia" xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin məlumat yayıb.
Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxslər Marneuli bələdiyyəsində yaşayan bir şəxsin qızıl əşyalarını dələduzluq yolu ilə ələ keçiriblər.
Hüquq-mühafizə orqanları həyata keçirilən əməliyyat və istintaq tədbirləri nəticəsində hər iki şəxs hadisə baş verən yerdə saxlanılıb.
Fakt üzrə cinayət işi Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin birinci hissəsi ilə aparılır və bu, 4 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.