N/A°C Bakı
1$ = 1.70₼
Əməliyyat-axtarış

Zelenski Rusiyanın Ukraynanın hökumət binalarına zərbələr endirəcəyindən narahatdır

29-dekabr-2025
Türkan Nəbi
Zelenski Rusiyanın Ukraynanın hökumət binalarına zərbələr endirəcəyindən narahatdır
Yazı Ölçüsü:

Rusiyadan son dərəcə təhlükəli bəyanatlar səslənib və bu bəyanatlar Prezident Trampın komandası ilə birgə iş çərçivəsində əldə olunan bütün nailiyyətləri açıq şəkildə pozmağa yönəlib.

"PostMedia" xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski bildirib.

“Ruslar guya Rusiya diktatorunun hansısa iqamətgahına zərbə endirilməsi ilə bağlı açıq-aşkar saxta hekayə uydurublar ki, Ukraynaya, xüsusən də Kiyevə qarşı zərbələri davam etdirmək və müharibəni dayandırmaq üçün zəruri addımları atmaqdan imtina etmək üçün bəhanələri olsun. Bu, artıq Kiyevi, o cümlədən Ukrayna hökumətinin binasını vurmuş rusların tipik aldadıcı taktikasidir.

Ukrayna diplomatiyanı zəiflədə biləcək addımlar atmır. Rusiya isə bunu daim edir. Bu, bizi fərqləndirən çoxsaylı məqamlardan biridir.

İndi vacibdir ki, dünya susmasın və ruslar sülhə doğru irəliləyişi pozmasın”, – deyə Zelenski vurğulayıb.

Kateqoriyalar