6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Əməliyyat-axtarış

Türkiyə təhlükəsizlik qüvvələri ilə terrorçular arasında qarşıdurma olub

29-dekabr-2025
Türkiyə təhlükəsizlik qüvvələri ilə terrorçular arasında qarşıdurma olub
Yazı Ölçüsü:
Türkiyə təhlükəsizlik qüvvələri Mərmərə dənizi sahilindəki Yalova şəhəri yaxınlığında əməliyyat keçirir.
"PostMedia" xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, İŞİD yaraqlıları ilə baş verən toqquşmada üç türk polisi şəhid olub.
Bundan əvvəl Türkiyə təhlükəsizlik qüvvələrinin Yalova şəhəri yaxınlığında əməliyyat keçirdiyi məlum olmuşdu. 7 yaralının olduğu bildirilirdi. Əməliyyat bölgəsinə Bursadan əlavə xüsusi təyinatlı qüvvələr göndərilib.
Nazirin sözlərinə görə, daha 8 polis əməkdaşı yaralanıb. Atışma zamanı həmçinin 6 yaraqlı məhv edilib.
Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930