N/A°C Bakı
1$ = 1.70₼
Əməliyyat-axtarış

Türkiyədə Milad bayramında İstanbulda terror aktları planlaşdıran 100-dən çox İŞİD üzvü saxlanılıb

25-dekabr-2025
Admin
Türkiyədə Milad bayramında İstanbulda terror aktları planlaşdıran 100-dən çox İŞİD üzvü saxlanılıb
Yazı Ölçüsü:

İstanbul Polisinin Terrorla Mübarizə İdarəsi cümə axşamı günü 124 ünvanda eyni vaxtda reydlər keçirib.

"PostMedia" "Associated Press"ə istinadən verdiyi xəbərə görə, reydlər nəticəsində Milad və Yeni il şənlikləri zamanı hücumlar planlaşdırdıqları iddia edilən "İslam Dövləti" (İŞİD) qruplaşmasının 100-dən çox şübhəli üzvü saxlanılıb.

İstanbul Prokurorluğundan verilən bəyanatda bildirilib ki, hakimiyyət orqanları ekstremist təşkilatın Milad və Yeni il bayramları zamanı, xüsusən də qeyri-müsəlmanlara qarşı hərəkətə keçməyə çağırması barədə məlumatlar əldə edib.

Prokurorluq 137 şübhəli barəsində həbs qərarı çıxarıb ki, onlardan da 115-i artıq saxlanılıb. Axtarışlar zamanı polis çox sayda odlu silah, sursat və sənədlər ələ keçirib.

Polisin antiterror əməliyyatı hazırda davam edir.

Kateqoriyalar