6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Əməliyyat-axtarış

Qazaxıstanda "KazTag" agentliyinin baş redaktoru saxlanılıb

24-dekabr-2025
Qazaxıstanda "KazTag" agentliyinin baş redaktoru saxlanılıb
Yazı Ölçüsü:

Qazaxıstanda "KazTag" xəbər agentliyinin baş redaktoru Amir Kasenov saxlanılıb.

"PostMedia" xəbər verir ki, bu barədə "KazTag"ın icraçı direktoru Aset Matayev öz "Telegram" kanalında məlumat verib.

"Saat 19:00-da istintaq hərəkətləri üçün Astananın Yesil rayonu daxili işlər idarəsinə çağırılan "KazTag"ın baş redaktoru Amir Kasenovun vəkilləri indicə onun həbs olunduğunu elan etdilər. Mən bunu hakimiyyət və istintaqı sifariş edənlər — yəni Turlov və "Freedom Finance" tərəfindən hüquqi özbaşınalıq hesab edirəm. Əgər Qazaxıstanda ədalət varsa, Amirə qarşı bütün ittihamlar götürülməli və o, azadlığa buraxılmalıdır", - deyə Matayev bildirib.

"Kommersant"ın verdiyi məlumata görə, Matayevə qarşı cinayət işi dekabrın 8-də açılıb. İttihamların təfərrüatları rəsmi olaraq açıqlanmayıb.

"KazTag"ın məlumatına görə, cinayət təqibi Rusiyada doğulmuş milyarder Timur Turlovun nəzarətində olan "Freedom Finance" investisiya şirkətinin ərizəsi əsasında başlayıb. Agentlik Turlovun şirkətinin rəhbər şəxslərindən birinin fəaliyyəti ilə bağlı ehtimal olunan fırıldaqçılıq sxemləri haqqında materiallar dərc etmişdi.

Kateqoriyalar

Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930