Bu universitetin rektoru özünə müşavir axtarır - ŞƏRTLƏR
23-sentyabr-2025
Türkan Nəbi
Yazı Ölçüsü:
Azərbaycan Texnologiya Universiteti iqtisadi məsələlər üzrə rektor müşaviri vakansiyası elan edib.
"PostMedia" xəbər verir ki, namizədlər qarşısında bir sıra tələblər irəli sürülüb.
Müşavir olmaq istəyən şəxs iqtisadiyyat sahəsində ən azı magistr təhsili, ali və orta ixtisas təhsili müəssisələrində rəhbər və ya inzibati heyətdə iş təcrübəsi, maliyyə idarəçiliyi, büdcə planlaşdırılması və hesabatlılıq sahəsində bacarıqları olmalıdır.
Eyni zmaanda namizəddən analitik və strateji düşünmə qabiliyyətinin və yüksək ünsiyyət və təşkilatçılıq bacarıqlarının olması olması tələb olunur.
Vəzifə öhdəliklərinə gəlincə isə namizəd universitetin maliyyə-iqtisadi fəaliyyətinə dair analitik təhlillərin aparılması və rəhbərliyə müvafiq tövsiyələrin təqdim olunması, büdcə və xərclərin planlaşdırılması, icrası və nəzarətində iştirak potensialına malik olmalıdır. Eyni zamanda ali və orta ixtisas təhsili müəssisələrində təsərrüfat və inzibati proseslərin idarə olunması ilə bağlı təkliflərin hazırlanması, dövlət qurumları və digər tərəfdaşlarla iqtisadi məsələlər üzrə əməkdaşlığın əlaqələndirilməsi və rektorun tapşırıqlarının icrası və məsləhətçi dəstəyin təmin olunması funkisyalarını da həyata keçirməlidir.
Namizədlər CV-lərini 30.09.2025-ci il tarixinədək [email protected] ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində “İqtisadi məsələlər üzrə rektor müşaviri” qeyd olunmalıdır. Yalnız uyğun namizədlərə geri dönüş ediləcək.