Gündəlik bir fincan qəhvə aritmiyanın riskini azaldıb – Alimlər
10-noyabr-2025
Türkan Nəbi
Yazı Ölçüsü:
Adətən həkimlər aritmiya və ya arterial fibrillasiya xəstələrinə simptomları provokasiya etməmək üçün kofeindən uzaq durmağı tövsiyə edirlər. Bu pozğunluq insult və vaxtından əvvəl ölümlə nəticələnə bilər.
"PostMedia" xarici KİV-lərə istindən xəbər verir ki, lakin beynəlxalq bir kardioloqlar qrupu tərəfindən aparılan klinik sınaqlar bu tövsiyəni şübhə altına alıb.
Sınaqlara ABŞ, Kanada və Avstraliyadan 200 nəfər davamlı atrial fibrillasiya xəstəsi cəlb olunub. Bütün iştirakçılar elektrik kardiyoversiya təni sinxron elektrik impulsu ilə ürəyin normal ritmi bərpa olunması prosedurundan keçib.
Daha sonra xəstələr təsadüfi şəkildə iki qrupa bölünüb: bir qrupa gündə ən azı bir fincan kofeinli qəhvə və ya espresso verilib, digər qrupa isə qəhvə və digər kofeinli məhsullardan imtina etmələri tövsiyə olunub. İştirakçıların vəziyyəti altı ay müddətində izlənib və atrial fibrillasiya hallarının təkrarlanması elektrokardioqram və ya ixtisaslaşmış kardiomonitorlarla təsdiqlənib.
Nəticələr kardioloqları təəccübləndirib. Qəhvə içən qrupda atrial fibrillasiya təkrarlayan xəstələrin payı 47%, qəhvə içməyən qrupda isə 64% olub. Beləliklə, qəhvə içənlərin atrial fibrillasiya riskinin 39% azaldığı müəyyən edilib.
"Bu nəticələr həkimlər və xəstələr arasında yayılmış fikir ilə ziddiyyət təşkil edir ki, qəhvə ürək ritminin pozulmasını, o cümlədən atrial fibrillasiyanı ağırlaşdırır. Bizim araşdırma göstərdi ki, qəhvə yalnız təhlükəsiz deyil, həm də ehtimal ki, qoruyucu təsirə malikdir".
Alimlər bildirirlər ki, bu effekt bir neçə amillə izah oluna bilər:
Kofein yüngül sidikqovucu təsir göstərərək qan təzyiqini və ürəyə düşən yükü azalda bilər.
Qəhvə içən insanlar digər sağlamlığa zərərli içkilərdən uzaq durur və daha aktiv həyat tərzi keçirir ki, bu da aritmiya riskini azaldır.
Qəhvə iltihab əleyhinə xüsusiyyətə malik bioloji aktiv birləşmələr ehtiva edir ki, bu da müsbət rol oynayır.
Kardioloqlar nəticələrin əhəmiyyətini vurğulayıblar, amma işin bəzi məhdudiyyətlərini qeyd edərək, yüksək kofein dozası və sintetik kofein məhsullarının bu faydalara daxil olmadığını xəbərdar ediblər.