N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Səhiyyə

Türkiyə və Gürcüstan səhiyyə sahəsində memorandum imzalamağa hazırlaşır

21-oktyabr-2025
Turan Hüseynli
Türkiyə və Gürcüstan səhiyyə sahəsində memorandum imzalamağa hazırlaşır
Yazı Ölçüsü:
Türkiyə səhiyyə naziri Kemal Memişoğlu Gürcüstana iki günlük rəsmi səfərə gedib. Səfər çərçivəsində iki ölkə arasında səhiyyə sahəsində əməkdaşlığın gücləndirilməsinə dair memorandum imzalanacaq.
"PostMedia" xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze "X" hesabında paylaşıb.
“Türkiyənin səhiyyə sahəsində Gürcüstana davamlı dəstəyinə görə nazir Kemal Memişoğluna təşəkkür etdim və xalqlarımızın rifahı naminə tərəfdaşlığın daha da dərinləşdirilməsinə hazır olduğumuzu bir daha təsdiqlədim”.
Tərəflər vurğulayıblar ki, iki ölkə arasında mövcud sıx əməkdaşlıq nəticəsində vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyəti və dərmanların maliyyə əlçatanlığı sahəsində müəyyən real nəticələr əldə olunub.
Baş nazir, həmçinin uşaq onkologiyası xidmətlərinin inkişafı istiqamətində Türkiyə klinikaları ilə səmərəli əməkdaşlığı yüksək qiymətləndirib. Kobaxidze Türkiyənin Gürcüstan səhiyyə sektoruna verdiyi dəstəyə görə təşəkkür edib və yeni memorandumun imzalanmasının bu tərəfdaşlığın inkişafına əlavə təkan verəcəyinə ümid etdiyini bildirib.
Səfər çərçivəsində Türkiyə nümayəndə heyəti parlament üzvləri və digər yüksək vəzifəli şəxslərlə də görüşlər keçirəcək.
Qeyd edək ki, bu ayın əvvəlində Gürcüstanın səhiyyə naziri Mixeil Sardjveladze Türkiyədə keçirilən beynəlxalq tibbi konqresdə iştirak etmişdi. Tədbirdə müxtəlif ölkələrin səhiyyə nümayəndələri və beynəlxalq ekspertlər bir araya gəlmişdi.
Kateqoriyalar