ÜST: Hər beşinci yetkin şəxs tütün asılılığından əziyyət çəkir
07-oktyabr-2025
Türkan Nəbi
Yazı Ölçüsü:
Tütün məhsullarından, o cümlədən siqaret, qəlyan və çeynənən tütündən istifadə edənlərin sayı 2000–2024-cü illər arasında azalsa da, dünyada hər beşinci yetkin insan hələ də tütün asılılığından əziyyət çəkir.
"PostMedia" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
ÜST-ün hesabatında göatərilib ki, tütün istifadəçilərinin sayı 2000-ci ildəki 1,38 milyarddan 2024-cü ildə 1,2 milyarda düşüb.
“Bununla belə, tütün hələ də dünyada hər beşinci yetkin şəxs üçün asılılıq yaradır və bu, hər il milyonlarla qarşısı alına bilən ölümə səbəb olur”.
Təşkilat qeyd edib ki, 2010-cu ildən bəri tütün istifadə edən insanların sayı 120 milyon nəfər azalıb, bu isə ümumi göstəricidə 27%-lik azalma deməkdir.
Hesabat dünya əhalisinin 97%-ni əhatə edən və müxtəlif ölkələdə apaılan 2000-dən çox milli sorğunun nəticələrinə əsaslanır. O, ÜST-nin müəyyən etdiyi 2025-ci ilə qədər qlobal tütün istifadəsini 30% azaltmaq məqsədinə çatmaq istiqamətində irəliləyişi izləmək üçün hazırlanıb.
Təşkilatın məlumatına görə, hazırkı irəliləyiş 27%-dir və bu isə hədəfdən təxminən 50 milyon istifadəçi az deməkdir.