N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Səhiyyə

Tarixçi İlber Ortaylının infarkt keçirdiyi iddia olunur - YENİLƏNİB - AÇIQLAMA

03-oktyabr-2025
Admin
Tarixçi İlber Ortaylının infarkt keçirdiyi iddia olunur - YENİLƏNİB - AÇIQLAMA
Yazı Ölçüsü:

İlber Ortaylının qızı Tuna Ortaylı Kazıcı sosial şəbəkə paylaşımı ilə yayılan xəbəri təkzib edib.

Kazıcı paylaşımında atasının yüngül bir narahatlıq keçirdiyini və müayinə olunmaq üçün xəstəxanaya yerləşdirildiyini, lakin infarkt keçirmədiyini bildirib:

“Atam infarkt keçirməyib, reanimasiyada da deyil, sadəcə yüngül bir narahatlığı var deyə yoxlanış üçün xəstəxanaya yerləşdirilib, vəssalam. Hazırda gecə saat 12:00-dır və biz xəstəxanadayıq. Marağınız və narahatlığınız üçün ürəkdən təşəkkür edirik, amma xəstə otağında dinclik tapmağa çalışan bir xəstənin yuxusunu susmayan telefon zəngləri ilə bölürsünüz”.

—————————————-
Məşhur tarixçi və akademik İlber Ortaylının ürək tutması keçirdiyi və xəstəxanaya yerləşdirildiyi iddia olunub.

"PostMedia" xəbər verir ki, bu barədə “Beyaz Gazete” məlumat yayıb.

Nəşrin məlumatına görə, bu gün məruzəçi qismində iştirak etməsi gözlənilən tədbirlərin birinə qatılmayan Ortaylı təcili olaraq xəstəxanaya aparılıb. Onun hazırda reanimasiya şöbəsində müalicə aldığı bildirilir.

Mənbələrin verdiyi məlumata görə, tanınmış alim ağır vəziyyətdədir və həkim nəzarəti altında saxlanılır.

Hadisə ilə bağlı rəsmi açıqlama hələlik verilməyib.

Xatırladaq ki, bir neçə dəfə Azərbaycanda olan İ.Ortaylı bu il sentyabrın sonlarında Naxçıvana səfər edib.

Kateqoriyalar