ÜST Trampın iddialarını rədd etdi: "Parasetamol" və autizm arasında elmi sübut yoxdur
25-sentyabr-2025
Türkan Nəbi
Yazı Ölçüsü:
Hamiləlik zamanı "Parasetamol" istifadəsi ilə autizm arasında əlaqəyə dair sübutlar hələ də ziddiyyətlidir və həyat qurtaran peyvəndlərin dəyəri sual altına alınmamalıdır.
"PostMedia" xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü bildirib.
ABŞ prezidenti Donald Tramp autizmi həm uşaqlarda peyvənd istifadəsi, həm də hamilə qadınların populyar ağrıkəsici "Tylenol" (Parasetamol) qəbul etməsi ilə əlaqələndirib.
O, elmi dəlillərlə təsdiqlənməmiş iddiaları ABŞ-nin səhiyyə siyasətinin mərkəzinə çıxarıb.
“Əldə olan sübutlar ziddiyyətlidir,” – deyə ÜST sözçüsü Tariq Yaşareviç Cenevrədə keçirilən brifinqdə, hamiləlikdə "Parasetamol" istifadəsi ilə autizm arasında mümkün əlaqə barədə suala cavab verərkən bildirib.
“Biz bilirik ki, peyvəndlər autizmə səbəb olmur. Deyildiyi kimi, peyvəndlər saysız-hesabsız insanın həyatını xilas edir. Elm bunu sübut edib və belə məsələlər həqiqətən sual altına alınmamalıdır,” – o əlavə edib.