N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Səhiyyə

Dermatoloqdan xəbərdarlıq: Bu məşhur məhsullardan istifadə dərinizə ciddi ziyan vura bilər

25-sentyabr-2025
Admin
Dermatoloqdan xəbərdarlıq: Bu məşhur məhsullardan istifadə dərinizə ciddi ziyan vura bilər
Yazı Ölçüsü:

Parlaq və sağlam dəriyə sahib olmaq arzusu çox zaman mağazalarda sürətli həll yolları axtarmağa səbəb olur. Ancaq dermatoloqlar xəbərdarlıq edirlər ki, bazarda asanlıqla tapılan bəzi məhsullar dərinin təbii qoruyucu qatı zədələyə və xüsusilə həssas və ya sızanaqlı dəridə iltihabı artıraraq ciddi fəsadlara yol aça bilər.

PostMedia” xəbər verir ki, ermatoloq və estetik mütəxəssis Sina Qadiri bəzi dəriyə qulluq məhsullarının nə özü, nə də pasiyentləri üçün uyğun olmadığını vurğulayıb. Onun sözlərinə görə, süni ətir, sərt kimyəvi maddə və ya aşındırıcı tərkibli məhsullar dəri sağlamlığına uzunmüddətli zərər verə bilər.

“DailyMail”də yayımlanan xəbərə əsasən, Qadiri hamam rəflərində yer almaması lazım olan 4 məhsul qrupunu açıqlayıb:

Pilinq (Peeling) məhsulları – Sərt hissəciklər ehtiva edən aşındırıcı mikrokapsullar dəridə mikro yırtıqlar yarada və qoruyucu qatı zəiflədə bilər. Bu isə həssas və sızanaqlı dəri üçün daha çox iltihab riski yaradır. Həkim, bunun əvəzinə AHA və BHA tərkibli, yumşaq soyucu məhsulları tövsiyə edir.

Üz təmizləmə fırçaları – Dərin təmizlik iddiası ilə populyarlaşan bu alətlər, xüsusilə aktiv maddələrlə birlikdə istifadə edildikdə dərini qıcıqlandıra bilər. Təkrarlanan mexaniki sürtünmə isə rozasea və sızanaq kimi problemləri artırır. Doktor Qadiri barmaq ucları ilə tətbiq olunan yumşaq təmizləyicilərin daha təhlükəsiz olduğunu deyir.

Qara nöqtə lentləri – Sürətli nəticə versə də, bu lentlər dərinin üst qatını soyaraq qoruyucu qata zərər verir və kapilyar damarların çatlamasına səbəb ola bilər. Üstəlik, qara nöqtələrin yenidən yaranmasının qarşısını almır. Onun əvəzinə salisilik turşusu tərkibli məhsulların istifadəsi tövsiyə olunur.

Makiyaj təmizləmə salfetləri – Tez həll kimi seçilsə də, çox vaxt dəriyə zərər verən maddələr ehtiva edir və tam təmizliyi təmin etmir. Davamlı sürtünmə dəridə qıcıqlanma və erkən qocalma əlamətlərini sürətləndirə bilər. Həkimlər bunun yerinə yüngül yağlar və ya misel (micelle) su istifadəsini daha sağlam hesab edirlər.

Qadiri vurğulayıb ki, dəriyə qulluqda sürətli həll yolları cazibədar görünsə də, uzunmüddətli sağlamlıq üçün doğru və zərif məhsulların seçilməsi vacibdir.

Kateqoriyalar