6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Səhiyyə

Vüqar Qurbanov onlara vəzifə verdi

12-avqust-2025
Vüqar Qurbanov onlara vəzifə verdi
Yazı Ölçüsü:

Xəzər və Suraxanı tibb mərkəzlərinə yeni direktorlar təyin olunub.

"PostMedia" xəbər verir ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Xəzər Tibb Mərkəzinə Mübariz Ağayev, Suraxanı Tibb Mərkəzinə isə Tərlan Bəbirov rəhbərlik edəcək.
Xəzər Tibb Mərkəzinin direktoru vəzifəsini icra edəcək M.Ağayev ixtisasca pediatrdır və yeni təyinata qədər TƏBİB-də İxtisaslı tibbi xidmətin təşkili departamentinin Tibbi koordinasiya şöbəsinin müdiri vəzifəsində çalışıb.
Suraxanı Tibb Mərkəzinin direktoru vəzifəsini icra edəcək T.Bəbirov ixtisasca pediatrdır və yeni təyinatadək Xəzər Tibb Mərkəzinin direktoru vəzifəsində çalışıb.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930