6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Səhiyyə

Ləğv edilən futbol klubunun vitse-prezidenti Səhiyyə Nazirliyinin 4 milyonluq tenderini udub

04-avqust-2025
Ləğv edilən futbol klubunun vitse-prezidenti Səhiyyə Nazirliyinin 4 milyonluq tenderini udub
Yazı Ölçüsü:
Səhiyyə Nazirliyinin tabeliyində olan “Səhiyyənin Təminat Mərkəzi” publik hüquqi şəxsin xəstəliklərin profilaktikasında və müalicəsində istifadə edilən dərman preparatlarının satın alınması ilə bağlı tenderinə yekun vurulub.
PostMedia” xəbər verir ki, bu satınalma müsabiqəsinin qalibi "Zeytun Pharmaceuticals" MMC olub.
Səhiyyə Nazirliyi qalib şirkətə 3 867 422,16 manat ödəyəcək.
Qeyd edək ki, nizamnamə kapitalı 4 000 manat olan "Zeytun Pharmaceuticals"in qanuni təmsilçisi Şirəliyev Bəhruz Əvəz oğludur.
Yerli mediada sabiq səhiyyə naziri Oktay Şirəliyevin qohumu kimi adı keçən Bəhruz Şirəliyev həm də 2007-2017-ci illərdə faliyyət göstərmiş “Rəvan” Futbol Klubunun vitse-prezidenti olub.
Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930