N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Səhiyyə

Rəfinə olunmuş bitki yağı sağlamlıq üçün potensial təhlükə daşıyır

26-aprel-2025
Admin
Rəfinə olunmuş bitki yağı sağlamlıq üçün potensial təhlükə daşıyır
Yazı Ölçüsü:
Rəfinə olunmuş bitki yağlarının sağlamlıq üçün potensial təhlükə daşıdığı aşkar edilib.
"PostMedia" xarici tibbi portallara istinadən xəbər verir ki, alimlər bu məhsuldan istifadə edilərək hazırlanan yeməklərlə aqressiv formalı xərçəngin inkişafı arasında sıx əlaqə olduğunu sübut ediblər.
Doktor Con Blennisin sözlərinə görə, bitki və qoz-fındıq yağları tərkibində artıq miqdarda linoleik turşu saxlayır. Söhbət süd vəzilərində zərərli hüceyrələrin çoxalmasını təşviq edən bir yağdan gedir.
Lakin növbəti araşdırmanın nəticələri bitki yağından kütləvi şəkildə imtina edilməsini nəzərdə tutmur. Həkim risk qrupunda olan şəxslərə seçici və təmkinli olmağı tövsiyə edib.
Qeyd edək ki, rəfinə olunmuş yağlar (məsələn, günəbaxan, qarğıdalı, soya yağı və s.) sənaye üsulu ilə emal edilir və bu zaman yüksək temperatur və kimyəvi maddələrdən istifadə olunur. Bu proses nəticəsində yağın tərkibində linoleik turşu (omega-6) yüksək olur. Faydalı maddələr, məsələn, antioksidantlar və vitaminlər böyük ölçüdə məhv olur.
Omeqa-6 turşularının çoxluğu isə orqanizmdə iltihab proseslərini gücləndirə və xərçəng hüceyrələrinin inkişafına zəmin yarada bilər.
Mütəxəssislər deyir ki, bu cür yağlardan həddindən artıq istifadə risklidir, xüsusilə də düzgün balanslaşdırılmamış qidalanmada (yəni, kifayət qədər omeqa-3 qəbul edilmədikdə).
Kateqoriyalar