Alzeymer xəstəliyini gözlər vasitəsilə aşkar etmək mümkün ola bilər
17-fevral-2026
Türkan Nəbi
Yazı Ölçüsü:
Əsasən pnevmoniya və sinusit törətməsi ilə tanınan "Chlamydia pneumoniae" bakteriyası uzun illər orqanizmdə qala və Alzeymer xəstəliyindən əziyyət çəkən insanlarda müşahidə olunan dəyişikliklərlə əlaqəli ola bilər.
"PostMedia" xəbər verir ki, bu barədə tədqiqatçılar "Nature Communications" jurnalında dərc olunan hesabatda sübutlar təqdim ediblər.
"Euronews"un məlumatına görə, alimlər hesab edirlər ki, xroniki infeksiya iltihaba səbəb ola, bu isə sinir hüceyrələrinə zərər verə bilər. Onlar həm iltihabın müalicəsi, həm də antibiotiklərlə erkən müdaxilə yolu ilə yeni terapevtik yanaşmalar təklif edirlər.
Araşdırma göstərib ki, "Chlamydia pneumoniae" bakteriyaları gözün arxa divarında yerləşən, görmə siqnallarının emalına cavabdeh olan nazik sinir toxuması təbəqəsi – torlu qişada (retinada) mövcud ola bilər. Torlu qişa mərkəzi sinir sisteminin bir hissəsi olduğundan və qeyri-invaziv üsullarla araşdırıla bildiyindən, o, beyinlə bağlı bioloji prosesləri real vaxtda müşahidə etmək üçün nadir imkan yaradır.
Tədqiqatçılar müəyyən ediblər ki, bu toxumada bakteriyaların mövcudluğu iltihabi immun aktivliyi, neyron hüceyrələrinin ölümü və idrak qabiliyyətinin zəifləməsi ilə əlaqəlidir. "Cedars-Sinai Health Sciences" mərkəzinin neyrocərrahiyyə üzrə professoru və tədqiqatın əsas müəllifi Maya Koronio-Hamaoui bildirib:
“Chlamydia pneumoniae"nin uzunmüddətli monitorinqi bizə mikrob infeksiyası, iltihab və neyrodegenerasiya arasında əvvəllər məlum olmayan əlaqəni üzə çıxarmağa imkan verdi”.
Onun sözlərinə görə, “göz beynin güzgüsüdür və bu tədqiqat göstərir ki, torlu qişanın bakterial infeksiyası və xroniki iltihabı beyin xəstəliyini əks etdirə və qabaqcadan proqnozlaşdıra bilər. Bu da Alzeymer risk qrupuna daxil olan şəxsləri müəyyənləşdirmək üçün torlu qişanın görüntülənməsinin qeyri-invaziv vasitə kimi istifadəsini təsdiqləyir”.
Bu fərziyyəni yoxlamaq üçün alimlər qabaqcıl vizuallaşdırma üsullarını genetik və proteomik analizlə birləşdirərək, normal idraka, yüngül idrak pozuntusuna və Alzeymer xəstəliyinə malik 104 nəfərin torlu qişa toxumasını tədqiq ediblər. Nəticələr göstərib ki, Alzeymer xəstələrində həm torlu qişada, həm də beyində bakteriya səviyyəsi sağlam insanlara nisbətən xeyli yüksəkdir və bakteriyaların çoxluğu beynin daha ağır zədələnməsi və idrak qabiliyyətinin azalması ilə əlaqəlidir.
Genetik faktorlar da rol oynayıb: bakteriyaların yüksək səviyyəsi Alzeymer xəstəliyinin tanınmış risk amili olan "APOE4" geni daşıyan şəxslərdə daha çox müşahidə edilib.
Laboratoriya şəraitində aparılan testlər zamanı məlum olub ki, "Chlamydia pneumoniae" infeksiyası iltihabın artmasına, neyronların məhvinə və idrak qabiliyyətinin zəifləməsinə səbəb olur. Bu isə bakteriyaların xəstəliyin inkişafını sürətləndirə biləcəyini göstərir. İnfeksiya həmçinin Alzeymer xəstələrinin beynində toplanan beta-amiloid zülalının istehsalını artırıb.
Cedars-Sinai tibb mərkəzinin tədqiqatçısı və işin həmmüəllifi Timoti Krauter bildirib ki, bu kəşf “Alzeymer xəstəliyinin müalicəsində iltihabi mexanizmləri hədəf almaq üçün yeni imkanlar açır”.
Nəticələr göstərir ki, xroniki bakterial infeksiyanın və iltihabın hədəflənməsi perspektivli terapevtik strategiya ola bilər və torlu qişanın skan edilməsi xəstəliyin diaqnostikası və idarə olunması üçün qeyri-invaziv alət kimi böyük potensiala malikdir.
“Azərsun Holdinq” “Azərbaycan Uşaqları” İctimai Birliyinə dəstək verəcək
05-mart-2026
HiTech
Nazir Rəşad Nəbiyev süni intellekt sahəsində qlobal şirkətlərdən olan “Nscale”in Avropa, Yaxın Şərq və Afrika regionları üzrə prezidenti və icraçı direktoru ilə görüşüb
05-mart-2026
HiTech
“Azercell” tarif paketlərini yeniləyir
05-mart-2026
Energetika
“Azeri Light” 5%-dək ucuzlaşdı
05-mart-2026
Energetika
Dünya bazarında Brent”in qimyəti dəyişməyib
05-mart-2026
Oğurluq
Teyker Karlsonun 7,9 milyon dollar dəyərində ALP nikotin paketləri ilə dolu yük maşını oğurlanıb