6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Səhiyyə

Vüqar Qurbanovu vəzifəsindən onlar azad etdi

16-fevral-2026
Vüqar Qurbanovu vəzifəsindən onlar azad etdi
Yazı Ölçüsü:
Bu gün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanovun vəzifəsindən azad edilməsindən sonra onun səlahiyyətlərinə hansı şəkildə xitam verilməsi məsələsi gündəmə gəlib.
"PostMedia" “Qafqazinfo”ya istinadən xəbər verir ki, TƏBİB rəhbəri qurumun Müşahidə Şurası üzvlərinin qərarı ilə vəzifəsindən azad olunur. TƏBİB-in Müşahidə Şurasının sədri isə Zaur Əliyevdir.
Bu gün də Müşahidə Şurasının növbəti iclası keçirilərək müvafiq qərar verilib.
Müşahidə Şurasının üzvləri aşağıdakılardır:
• İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri;
• Azərbaycan Respublikası səhiyyə nazirinin müavini;
• İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini;
• Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini;
• Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sədri.
Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031