N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Səhiyyə

Hindistanda meymun çiçəyinin yeni təhlükəli ştamı aşkar edilib

21-yanvar-2026
Türkan Nəbi
Hindistanda meymun çiçəyinin yeni təhlükəli ştamı aşkar edilib
Yazı Ölçüsü:

Hindistanın Kerala ştatında meymun çiçəyi virusunun (mpox) yeni təhlükəli ştamı qeydə alınıb.

"PostMedia" xəbər verir ki, bu barədə "Navbharat Times" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, aparılan genetik analizlər infeksiyanın yayılmasının xaricə səfərlər və virusun insandan insana keçməsi ilə bağlı olduğunu göstərib.

Tədqiqat Hindistan Tibbi Araşdırmalar Şurası (ICMR), Virusologiya İnstitutu və bir sıra diaqnostik laboratoriyaların mütəxəssisləri tərəfindən birgə aparılıb. Alimlər müəyyən ediblər ki, söhbət əvvəllər Afrikada aşkar edilmiş "Clade Ib" ştamından gedir. Bu ştam yüksək yoluxuculuğu və insandan insana asanlıqla keçmə qabiliyyəti ilə fərqlənir. Təsdiqlənmiş diaqnozu olan on xəstədən doqquzunun yaxın keçmişdə xaricə səfər etdiyi bildirilir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, 2025-ci il yanvarın 1-dən iyunun 30-dək dünyada, əsasən Afrikada olmaqla, 79 ölkədə 30 022 yoluxma və 119 ölüm halı qeydə alınıb.

Ən çox yoluxma qeydə alınan ölkələr:

  • Konqo Demokratik Respublikası: 13 927 yoluxma, 42 ölüm.

  • Uqanda: 6 230 yoluxma, 35 ölüm.

  • Syerra-Leone: 4 876 yoluxma, 42 ölüm.

Meymun çiçəyi nədir? Meymun çiçəyi immun sistemi zəif olan insanlar üçün təhlükə yarada bilən nadir virus xəstəliyidir. Xəstəlik qızdırma, intoksikasiya, limfa düyünlərinin böyüməsi və müxtəlif mərhələlərdən keçən (ləkədən qabarcıqlara, yaralara və qabıqlara qədər) səpkilərlə müşayiət olunur. Yüngül formalarda xəstəlik adətən 14-21 gün ərzində öz-özünə sağalır.

Kateqoriyalar