N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Elm-Təhsil

Yeni dünozavr növü aşkar edilib

09-dekabr-2025
Türkan Nəbi
Yeni dünozavr növü aşkar edilib
Yazı Ölçüsü:

Çində alimlər yeni dinozavr növü "Mamenchisaurus sanjiangensis"i aşkar ediblər.

"PostMedia" xəbər veirr ki, tapıntı erkənYura dövrünə aid edilir və təqribən 160 milyon il əvvəl yaşamış nəhəng sauropod haqqında yeni məlumatlar təqdim edir.

Araşdırmanın nəticələri “Scientific Reports” jurnalında dərc olunub. Yeni növ mamenxizauridlər adlanan sauropodların fərqlənmiş qrupuna daxildir və onların digər nümayəndələrinə yaxın qohum hesab olunur.

Tədqiqatçılar bildirirlər ki, gec Yura dövründə sauropodların müxtəlifliyi ən yüksək həddə çatmışdı və onların izlərinə dünyanın bir çox ərazilərində rast gəlinir. Çində həmin dövrə aid çöküntülər xüsusilə çoxlu sauropod qalıqları saxlayır və onların əksəriyyəti mamenxizauridlərdir. Yeni növün qalıqları Çuntsin şəhəri yaxınlığında, Şasimia formasiya qatının orta hissəsində aparılan qazıntılar zamanı aşkarlanıb. Qalıqlar lil və çöküntü qatlarında tapılıb və formasiya adətən Callov–Oxford yaş dövrünə aid edilir.

Mamenchisaurus sanjiangensis-in tapılması erkən sauropodların müxtəlifliyi haqqında təsəvvürləri genişləndirir. Alimlər hesab edirlər ki, tapıntı Şərqi Asiyada sauropodların təkamül yolunu daha yaxşı anlamağa kömək edəcək. Onların sözlərinə görə, bu dövrdə regionun Qərbi Lavrasiya və Qondvanadan mümkün təcridi ilə bağlı hipotezlərin dəqiqləşdirilməsi üçün əlavə araşdırmalara ehtiyac var. Tədqiqatçılar vurğulayırlar ki, Şərqi Asiya sauropodlarının təkamül xəritəsində hələ də boşluqlar mövcuddur və yeni tapıntılar bu boşluqları doldurmaq üçün mühüm əhəmiyyət daşıyır.

Kateqoriyalar